Yuxarı

Amerikalı kürəkən Musiqili Teatrda - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amerikalı kürəkən Musiqili Teatrda - Foto

Azərbaycan Dövlət Musiqili Teatrı aprelin 29-da Ramiz Mirişli və Marat Haqverdiyevin "Amerikalı kürəkən" ikihissəli musiqili komediyasını təqdim edəcək.

Teatrdan Axar.az-a verilən məlumata görə, tamaşanın quruluşçu-rejissoru xalq artisti İlham Namiq Kamaldır. Tamaşa ilə bağlı danışan İlham Namiq Kamal bu səhnə işinin günümüzlə çox səsləşdiyini bildirib:

"Bu əsərin ən böyük özəlliklərindən biri də günümüzlə səsləşməsi, aktuallığıdır. Söz yox ki, hər bir valideyn övladının xoşbəxtliyini istəyir. Amma burada bir incə məqam var: bəzilərinə elə gəlir ki, xoşbəxtlik təkcə qır-qızılda, var-dövlətdə, imtiyaz sahibi olmaqdadır. Əlbəttə ki, bu, çox yanlış fikirdir. Bizim əsərin qəhrəmanı olan ana – Tünzalə xanım da bu cür yanlış düşüncədə olan insanlardandır".

Qeyd edək ki, "Amerikalı kürəkən" ikihissəli musiqili komediyasının quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, şeirlərin müəllifi isə xalq şairi Fikrət Qocadır. Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli və başqaları ifa edirlər.

Tarix
2016.04.15 / 18:23
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla