Yuxarı

“Bununla erməni xislətini göstərəcəyik...”

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bununla erməni xislətini göstərəcəyik...”

Azərbaycan Dövlət Musiqili Teatrında yeni uşaq tamaşasının məşqlərinə start verilib.

Teatrdan Axar.az-a verilən məlumata görə, Əli Səmədlinin "Meşə çaqqalsız olmaz" musiqili nağıl-tamaşası hazırlanır. Yeni səhnə əsərinin quruluşçu-rejissoru Əhəd Hacıyevdir. Tamaşa ilə bağlı danışan Əhəd Hacıyev bu səhnə əsərində erməni xislətini uşaqlara tanıtmaq istədiklərini bildirib:

"20 ildən çoxdur ki, torpaqlarımız nankor qonşularımız - ermənilər tərəfindən işğal olunub. Uşaqlar bizim gələcəyimizdir, ilk növbədə onlara tariximizi öyrətmək və mənfur qonşularımızı olduğu kimi tanıtmaq lazımdır. Maraqlı süjet xəttinə malik olan bu tamaşa, əslində, erməni xisləti haqqında uşaqlarımızı məlumatlandırmaq missiyası daşıyır. Tülkü və Çaqqal qəfildən bir meşəyə soxulur, "Buralar bizim tarixi vətənimizdir" deyib ətrafa car çəkirlər. Hansısa eşşəyin çənəsini göstərib "Ulu babamızındır, arxeoloji qazıntılar zamanı tapmışıq", - deyirlər. Bir sözlə, əsil erməni xisləti nümayiş etdirirlər. Sürətlə inkişaf edən hadisələr elə bir məcraya yön alır ki, haqq-ədaləti bərpa etmək üçün yerli əhali Ayıya müraciət edir və əsil tamaşa da məhz bundan sonra başlayır".

Qeyd edək ki, tamaşanın geyim üzrə rəssamı Yelena Almazova, rejissoru Elməddin Dadaşov, rejissor-assistenti Tamilla Aslanovadır.

Tarix
2016.05.06 / 11:29
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla