Yuxarı

Gənc alimə nazirlikdə yüksək vəzifə verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc alimə nazirlikdə yüksək vəzifə verildi - Foto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, iqtisad elmləri üzrə fəlsəfə doktoru Cavid Elxan oğlu Süleymanlı Agentliyin İqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Cavid Süleymanlı bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) menecment ixtisası üzrə, magistratura təhsilini Türkiyənin Mərmərə Universitetində beynəlxalq siyasi iqtisadiyyat üzrə, doktorantura təhsilini isə "2019-2023-cü illərdə Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyini artırmaq üzrə Dövlət Proqramı" çərçivəsində Türkiyənin İstanbul Universitetində alıb və sözügedən Dövlət Proqramının ilk məzunu olmaqla 26 yaşında ölkənin ən gənc alimlərindən biri olub. Gənc alimin yüksək impakt faktorlu jurnallar olmaqla bir çox akademik məqaləsi mövcuddur. Elm sahəsində fəaliyyətinə görə 2023-cü ildə "İlin gənci" mükafatına layiq görülüb.

O, əmək fəaliyyətinə 2019-cu ildə UNEC-də müəllim olaraq başlayıb. 2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində məsləhətçi, baş məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb.

2024-cü ilin iyun ayından etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş mütəxəssis vəzifəsində çalışırdı.

Tarix
2025.08.01 / 10:47
Müəllif
Axar.az
Digər xəbərlər

Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto

Vuçiç İlham Əliyevə zəng etdi

İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur

Putin İlham Əliyevə zəng etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

Prezident və xanımı Xankəndidədir

Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi

Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?

Putin İlham Əliyevi təbrik etdi

Bakı Bəyannaməsi BMT sənədi kimi dərc olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla