Yuxarı

İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur

İsraildə dekabrın 22-də üçtərəfli sammit keçirilib. Sammitdə İsrailin Baş naziri Benyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və Kipr Prezidenti Nikos Xristodulidis iştirak ediblər. Bu dövlətlərin formalaşdırdıqları üçtərəfli ittifaq Türkiyə əleyhinədir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Bildirib ki, Yunanstan, Kipr və İsrail Aralıq dənizində Türkiyə əleyhinə siyasi və hərbi blok təsis ediblər:

“İsrailin Baş naziri Benyamin Netanyahu üçlü ittifaqın Türkiyə əleyhinə olduğunu bu sözlərlə ifadə edib: “İmperiyalarını bərpa etməyi və torpaqlarımız üzərində hökmranlıq qurmağı xəyal edənlərə deyirəm: bunu unudun. Belə olmayacaq. Bu barədə heç düşünməyin”. Aydındır ki, Netanyahu “imperiyaların bərpası” ifadəsi adı altında Avrasiya bölgəsində güclənən Türkiyəni nəzərədə tutub.

İsrail, Yunanıstan və Kipr liderləri Aralıq dənizində ortaq “hərbi reaksiya qüvvələrinin” yaradılması mövzusunu müzakirə ediblər. Bu “qüvvələr” Aralıq dənizi bölgəsində “təhlükəsizliyin gücləndirilməsini” və “hərbi koordinasiyanı” həyata keçirəcəklər. Liderlər Qüdsdə keçirilən ortaq mətbuat konfransında təhlükəsizlik, enerji və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirəcəklərini bildiriblər”.

Politoliq qeyd edib ki, Yunanstanla Kipr Respublikasının Türkiyə əleyhinə siyasət yürütdükləri bəlli fakt olsa da, hazırki üçlü ittifaqın təşəbbüskarı İsrailin Baş naziri Benyamin Netanyahudur:

“O, Türkiyənin bölgədə, o cümlədən qonşu Suriya və İraqda artan rolundan narahatdır. PKK-nın tərk-silah olunmağa başlaması da İsrailin hakim dairələrinin narahatlığına səbəb olub. Çünki İsrailin hərbi və kəşfiyyat dairələri illər uzunu bölgədəki silahlı kürdlərlə gizli təmaslara malik olublar.

Mövcud vəziyyət Azərbaycana çətinliklər yaradır. Azərbaycan İsraillə müxtəlif sahələrdə əməkdaşlıq edir. Bununla yanaşı Azərbaycanın əsas strateji müttəfiqi Türkiyədir. Şuşa Bəyannaməsinə görə Azərbaycana hücum olarsa, Türkiyə müttəfiqini müdafiə etmək hüququna malik olacaq. Eyni ilə Türkiyəyə hücum olarsa, Azərbaycan müttəfiqini müdafiə etməlidir. Yəni İsrailin formalaşdırdığı üçlü ittifaq Aralıq dənizində Türkiyəyə qarşı hansısa həmlə həyata keçirərsə, Azərbaycan müttəfiqinin yanında olacaq. Bu isə o deməkdir ki, Azərbaycan Türkiyənin İsrail, Yunanıstan və Kipr Respublikasıyla mümkün qarşıdurmasında müttəfiqi ilə koordinasiya içində olacaq. Azərbaycan belə təhlükəli ssenarinin reallaşmasını istəmir. Ancaq Azərbaycanın istəyindən asılı olmayaraq “üçlü ittifaq” İsraillə Türkiyə arasında gərginliyi artıracaq. Təəssüf ki, İsrail Türkiyə ilə qarşıdurmaya gedərkən bunun Azərbaycanla münasibətlərə mənfi təsirlərini hesablamayıb”.

Tarix
2025.12.24 / 12:37
Müəllif
Xanım Səbuhiqızı
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla