Yuxarı

Həbs edilən Eyyubovun sahildə 15 hektarlıq malikanəsi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbs edilən Eyyubovun sahildə 15 hektarlıq malikanəsi - Foto

Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, söhbət bu iş üzrə həbs edilən əsas fiqurlardan biri, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindən gedir.

Məlumata görə, dənizin birbaşa sahilində yerləşən bu ərazinin yalnız 5 hektarı bağ evi və malikanə kimi istifadə olunur. Qalan 10 hektarlıq sahənin nə məqsədlə ayrıldığı, hansı infrastrukturun mövcud olduğu isə açıq sual olaraq qalır. İstintaqın qaçaqmalçılıqla bağlı versiyalarını nəzərə alsaq, bu sual daha da kəskinləşir. Həmin əraziyə dəniz yolu ilə gəmilərin yanaşması texniki baxımdan mümkün idimi? Bu sahə alternativ liman funksiyası daşıya bilərdimi?

Rəsmi qurumlar hələlik bu suallara cavab verməsə də, mövcud faktlar ciddi şübhələr doğurur.

Əldə edilən dəqiq bilgilərə əsasən bildiririk ki, Ruslan Eyyubovun bağındakı hovuzun həcmi 10 sot-dan yuxarı olub.

“Quql məps”də bağın ölçüləri: eni 136 metr, uzunluğu 374 metrdir. Bu da bağ evinin 5.8 hektar ərazini əhatə etdiyini ortaya qoyur.

Məlum olan budur ki, 5 hektarlıq bağ evinin daxilində yerləşən kompleksin miqyası isə sadəcə bağ evi anlayışını aşır. Tikilinin adı “Tarkhan” - Qubernatorun Dəniz Sarayı kimi təqdim olunur. Malikanənin ərazisində məscid, “Sübhə” Sarayı, Minarə evlər, Badukubə Sarayı, İmaməddin Sarayı, İnqilab Evi, Arxaik Muzey, Çay Evi, Çəməngül Bağı, Fəvvarə, MİNAR Qəbul Evi, qarajlar, İç Meydan mövcuddur. Ən diqqətçəkən detallardan biri isə məsciddir. Məscidin hasarında 99 ədəd gümbəz yerləşir və hər birinin üzərində Allahın 99 adı yazılıb. Kompleksin mərkəzindəki fəvvarə isə ayrıca simvolik məna daşıyır. Yuxarıdan dronla baxıldıqda fəvvarənin ortasında Azərbaycanın xəritəsi aydın görünür. Məlumata görə, bu nəhəng kompleksin tikintisinə Türkiyədən mühəndislər və ixtisaslı işçilər cəlb olunub. Tikinti və dizayn işlərinə milyonlarla manat vəsait xərcləndiyi bildirilir. Bu qədər böyük maliyyə resursunun mənbəyi isə istintaq fonunda daha aktual sual doğurur. Ruslan Eyyubov “NB” Şirkətlər Qrupunun rəhbəri, ölkənin kimya sənayesi sektorunda ciddi paya malik iş adamıdır. Onun şirkətləri mərmər, bahalı daşlar, qranit, boyalar və digər sənaye materiallarının istehsalı və nəzarəti ilə məşğuldur. Cəmi 2 gün öncə Gəncədə iri zavod açılışı da edib. Diqqətçəkən məqam isə Ruslan Eyyubovun general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu olmasıdır. İstintaq materialları göstərir ki, “Liman işi” artıq sadəcə aksizsiz tütün qaçaqmalçılığı ilə məhdudlaşmır. Burada liman, gömrük, sərhəd, biznes xətlərinin kəsişdiyi geniş və sistemli mexanizm ehtimalı yaranır. Ruslan Eyyubovun dəniz sahilindəki 15 hektarlıq ərazi isə bu mexanizmin hələ tam açılmamış hissəsi kimi görünür. Baş Prokurorluq bildirib ki, istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.

Tarix
2025.12.24 / 11:10
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Ermənistana necə gedib?

Hikmət Hacıyev Ermənistanda gəzintiyə çıxdı - Video

Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycana gəlir

Putinin vəzifə verdiyi İradə: Heç vaxt bu qədər...

Peru prezidenti Azərbaycan səfiri ilə görüşdü

Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü

Ukrayna Putinin masasına qoyulan sənədləri ələ keçirdi - Foto

Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla