Yuxarı

Xətaidə kukla tamaşası nümayiş olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətaidə kukla tamaşası nümayiş olundu - Foto

Ötən gün Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə uşaqların sevimli nağıllarından və dünya uşaq ədəbiyyatının klassik nümunələrindən biri olan “Qırmızıpapaq və Canavar” kukla tamaşası nümayiş olunub.

Axar.az xəbər verir ki, tədbirdə rayon sakinləri, uşaqlar iştirak ediblər. Maraqlı və əyləncəli səhnələr, rəngarəng dekorasiyalar və peşəkar kuklaçılar tamaşaçılara unudulmaz anlar yaşatdı.

Tamaşa müxtəlif yaş kateqoriyalarına aid uşaqların, eləcə də valideynlərin böyük marağına səbəb olmuşdur. Əsər klassik nağıl motivləri əsasında səhnələşdirilmiş, müasir teatr elementləri və vizual həllərlə zənginləşdirilərək təqdim edilmişdir.

Səhnə əsərində Qırmızıpapaq obrazı ilə uşaqlara ehtiyatlılıq, ailə dəyərlərinə sadiqlik və xeyirxahlıq kimi mövzular aşılanmış, canavar obrazı isə təhlükə və diqqətsizliyin mümkün nəticələrini simvolizə etmişdir. Tamaşanın bədii tərtibatı və kukla ustalarının ifası xüsusi peşəkarlıqla icra olunmuş, auditoriya tərəfindən rəğbətlə qarşılanmışdır.

Tamaşanın əsas məqsədi uşaqlarda yaxşılıq, ehtiyatlılıq və ailə dəyərləri kimi mövzuları aşılamamaqla yanaşı, onların estetik zövqünü inkişaf etdirməkdir.

Xətai rayonunda isti yay günlərində sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək məqsədilə keçirilən bu qəbildən olan tədbirlər sakinlər tərəfindən maraqla qarşılanır.

Tarix
2025.08.06 / 11:38
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto

Bu gün İlham Əliyevin ad günüdür

Pelleqrini Əliyevi təbrik etdi

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla