Yuxarı

Xaltan qəbiristanlığı yanır - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaltan qəbiristanlığı yanır - Yeniləndi

15:02

Şabran ərazisində yerləşən Xaltan qəbiristanlığında yanğın başlayıb.

Report- xəbər verir ki, yanğın Taxtalar kəndi ərazisinin biçilmiş əkin sahəsində başalyıb və qəbiristanlığa keçib.

Yanğın nəticəsində qəbirlərin bir çoxunun sinə və baş daşları tanınmaz hala düşüb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Şabran rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

20 hektar sahəni əhatə edən yanğın hazırda davam edir.

Əraziyə əlavə yanğınsöndürən maşınların cəlb ediləcəyi gözlənilir.

***

Şabran rayonunda baş verən yanğın söndürülüb.

Axar.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, Şabran rayonu, Taxtalar və Surra kənd bələdiyyələrinə (rayon mərkəzindən 12 km aralı) məxsus ərazidə 70 ha biçilmiş taxıl sahəsi, 130 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin ehtimallara görə, Şabran ərazisində yerləşən Xaltan qəbiristanlığında başlayan yanğına səbəb həmin qəbiristanlığı ziyarət edənlərin əraziyə atdığı siqaret kötükləri olub. Qəbiristanlıqda 300-ə yaxın qəbir var, bir sıra qəbirlərə ziyan dəyib, ağacların gövdəsi yanıb.

Qeyd edək ki, yanğın Şabran meşə massivinə keçməsinə 3 km qalmış söndürülüb.

Tarix
2016.07.07 / 18:37
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldıacaqdı

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla