Yuxarı

Gəncədə 15 yaşlı oğlanın qətli: 10 manata görə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə 15 yaşlı oğlanın qətli: 10 manata görə...

Gəncədə 15 yaşlı yeniyetmənin qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə 10 manat borc üstündə baş verib.

Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Arif Hətəmovun qətlə yetirilən 2010-ci il təvəllüdlü Tunar Məmmədova 10 manat borcu olub. Hadisədən bir gün əvvəl Arif Hətəmov borcunu Tunar Məmmədova qaytarıb. Sonrandan Arif Hətəmov qətlə yetirilən Tunar Məmmədova dəmir yolunun yaxınlığına çağırıb. Bu zaman tərəflər arasında mübahisə düşüb.

Dava zamanı Arif Hətəmov özü ilə gətirdiyi bıçaqla Tunar Məmmədova xəsarət yetirib.

Yaralı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

Tarix
2025.08.20 / 09:45
Müəllif
Axar.az
Digər xəbərlər

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla