Yuxarı

“Sədərək"dəki yanğının təfərrüatı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sədərək"dəki yanğının təfərrüatı açıqlandı

"Sədərək" ticarət mərkəzindəki yanğının bəzi təfərrüatı açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib.

O qeyd edib ki, yanğın anbarda baş verib. Saat 11:50 radələrində "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbar ərazisində yanğın baş verməsi haqqında məlumat nazirliyin 112 qaynar xəttinə daxil olub.

Dərhal nazirliyin dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub.

“Yanğının mürəkkəbliyi nəzərə alınaraq yüksəksəviyyəli çağırış elan olunmuşdu. Yanğın anbar ərazisində baş verdiyi, sintetik saxlanma zonası olduğu üçün yanğınsöndürməsində mürəkkəblik yaranıb. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində bütün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Yanğın yerində olan şəxsi heyət və texnikanln sayı yetərincədir.

Yanğının daha irimiqyaslı ərazini əhatə etməsinin qarşısı alınıb. Eyni zamanda yaxınlıqdakı yanacaqdoldurça məntəqəsinin və digər anbarların mühafizəsi tərəfimizdən təmin olunub”, - o bildirib.

Tarix
2025.08.24 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla