Yuxarı

Xocalı soyqırımı Avropa Parlamentinin qarşısında anıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı və Dövlət Komitəsinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox soydaşımız iştirak edib.

Aksiyada çıxış edən BAK-ın sədri Sahil Qasımov, təşkilatın vitse-prezidenti Elsevər Məmmədov Avropa Parlamentindən Xocalı soyqırımının qəbul olunmasını və hüquqi qiymət verilməsini tələb ediblər.

Etiraz mitinqi daha sonra yürüşlə davam edib. Əllərində Azərbaycan bayraqları və Xocalıya ədalət tələb edən plakatlar tutmuş nümayişçilər etiraz aksiyasını Ermənistan səfirliyi qarşısında başa çatdırıblar.

Mitinqdən sonra Brüsseldəki mərkəzi hotellərdən birinin kino zalında Vahid Mustafayevin "Xoca" adlı filmi nümayiş olunub.

Tarix
2014.02.26 / 19:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla