Yuxarı

İsrail təkcə Fələstini deyil, regionu işğal etmək istəyir - Fidan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail təkcə Fələstini deyil, regionu işğal etmək istəyir - Fidan

İsrailin hərəkətləri Fələstin ərazilərindən kənara çıxıb və regional ekspansionizmə çevrilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin "Əl-Cəzirə" və Qətər TV-yə müsahibəsində deyib.

"Bu gün biz (Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı) xarici işlər nazirlərinin iclasını keçirdik. Sabah liderlərimiz görüşəcək. Biz burada gördük ki, artıq məsələ təkcə Fələstinə və İsrailə aid deyil, bu, təkcə İsrailin Fələstini işğalı, Qəzzadakı soyqırımı problemi ilə məhdudlaşmır. Bu aspektlərlə yanaşı, hazırda məsələ İsrailin bölgədəki ekspansionizminə aiddir", - Fidan bildirib.

Onun sözlərinə görə, İsrail ekspansionizmi məsələsi aydın formalaşdırıldıqdan sonra ərəb və islam ölkələri birləşməli və bu yeni problemin həllini tapmalıdır:

"Bizim regional təhlükəsizliyimiz daha güclü institusional təməl üzərində qurulmalıdır. Regionda heç kim heç kimin təhlükəsizliyə təhdid yaratmamalıdır. Lakin İsrailin indiki aqressiv siyasəti bütünlüklə buna yönəlib. Əmin ola bilərsiniz ki, bu gün keçirdiyimiz nazirlərin görüşündə bu məsələlər geniş müzakirə olunub və sabah liderlərin görüşündə də qaldırılacaq".

Tarix
2025.09.15 / 00:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla