Yuxarı

Gömrük inspektoruna hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrük inspektoruna hökm oxundu

Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşı Əfsər Mirzəliyev və onunla birgə ittiham olunan Səfər Səfərovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən hökm oxunub.

Hökmə əsasən, hər iki təqsirləndirilən - Əfsər Mirzəliyev və Səfər Səfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.

İstintaq zamanı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Mirzəliyev Əfsər Nüsrət oğlunun öz qulluq mövqeyindən istifadə edib vətəndaş Səfərov Səfər Həsən oğlu ilə qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Toplanmış sübutlar əsasında Səfər Səfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2025.09.23 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bu ölkələrə səfər etməyin - XİN-dən xəbərdarlıq

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Rusiya Bakı və İrəvanı itirir, tək qalıb - Zelenski

Ceyhun Bayramov Yaponiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla