Yuxarı

Bu agentlikdə nöqsanlar aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu agentlikdə nöqsanlar aşkarlandı

Hesablama Palatası Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlayıb.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Hesablama Palatası 2025-ci il İş Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi və tabeli qurumlarda dövlət vəsaitlərinin istifadəsinə dair audit aparıb. Audit 2023–2024-cü illəri əhatə edib, ümumilikdə 62,6 mln. manat xərclənib.

Audit nəticələrinə görə, Agentlikdə büdcə proqnozlaşdırılması düzgün aparılmayıb, bəzi ödənişlərin təyinatı dəyişdirilib, işçilərə artıq əməkhaqqı hesablanıb. Nasos stansiyalarında avadanlıqların uçotda göstərilən yerlərdə deyil, başqa stansiyalarda quraşdırıldığı, bir hissə avadanlıqların yararsız vəziyyətdə olduğu müəyyən edilib.

İçməli su anbarlarında nasaz və ya mövcud olmayan sayğaclar səbəbindən 1 mln. m³-dən çox suyun uçotu aparılmayıb. Su Elektrik Stansiyalarına verilən suyun həcmi ölçülməyib, nəticədə elektrik istehsalından dövlətə ödəniş daxil olmayıb. Suvarma şəbəkələrində də ölçü-nəzarət sistemi qurulmadığından 2023–2024-cü illərdə su itkisi rəsmi məlumatdan dəfələrlə artıq olub.

Audit həmçinin dövlət satınalmaları sahəsində pozuntular aşkarlayıb: satınalmaların bir qismi planlaşdırılmadan, razılıq alınmadan və hissələrə bölünməklə həyata keçirilib. 2024-cü ildə bağlanmış tender müqavilələri üzrə avadanlıqların bir hissəsi göndərilməyib və ya yararsız olub, sonradan geri qaytarılaraq bərpa edilib.

Əlavə olaraq, Agentliyin balansında istifadə olunmayan metal tərkibli texnika və avadanlıqların utilizasiyası həyata keçirilib, əldə olunan vəsait büdcəyə köçürülüb.

Hesablama Palatasının Kollegiyası artıq xərclərin və ödənilməmiş vəsaitlərin bərpası, avadanlıqların düzgün uçotu, aktivlərin balansda əks etdirilməsi və satınalma proseslərinin qanunvericiliyə uyğun aparılması barədə qərar qəbul edib. Məsələ ilə bağlı aidiyyəti qurumlara da məlumat göndərilib.

Tarix
2025.09.26 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla