Yuxarı

“Kontakt” Gürcüstanın ən böyük mollunda mağaza açdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 4 ildən çoxdur ki, ölkəmizi xaricdə uğurla təmsil edən “Kontakt” Gürcüstanda yeni nailiyyətə imza atdı. Şirkət paytaxt Tiflisin ən iri və ən çox ziyarət edilən ticarət mərkəzlərindən biri – “East Point”də sayca 5-ci mağazasının açılışını gerçəkləşdirdi.

Cəmi bir neçə gün əvvəl baş tutmuş bu təntənəli açılış tədbirində ziyarətçiləri geniş məhsul çeşidi, xüsusi endirimlər və hədiyyələr sevindirdi. Tərəfdaş brendlərin təşkil etdiyi xüsusi tiraj və sürprizlər açılışa ayrıca rəng qatdı.

Gürcüstanlı müştərilər üçün “Kontakt” mağazaları bir çox səbəblərə görə birinci seçilən ünvandır. Burada həm sərfəli qiymətlər, həm də rahat ödəniş şərtləri təqdim olunur. Müasir və zövqlə qurulmuş atmosfer isə alış-verişi komfortlu və yadda qalan bir təcrübəyə çevirir.

Qeyd edək ki, “Kontakt” 2021-ci ildə Gürcüstan bazarına daxil olub və qısa müddətdə bazarın əsas oyunçularından birinə çevrilib. Azərbaycanda olduğu kimi Gürcüstanda da şəbəkə bir çox qlobal brendlərin rəsmi tərəfdaşı rolunda çıxış edir. Bu 4 ildə “Kontakt” Gürcüstanda alıcılara minlərlə çeşid ilə seçim imkanı yaradıb və daxili faizsiz kredit sistemi təklif edən ölkədəki yeganə şəbəkədir. Şəbəkənin e-ticarət platforması – kontakt.ge isə ayrıca rahat alış imkanlarını təmin edir. Xüsusi olaraq qeyd edilməlidir ki, platforma sürətli çatdırılma xidməti ilə seçilir: Tiflis və Batumidə çəkisi 15 kiloqrama qədər olan məhsullar cəmi iki saat ərzində ünvanlara çatdırılır.

Xatırladaq ki, hazırda şəbəkə Azərbaycan üzrə ümumilikdə 50-dən çox, Gürcüstanda 5 mağaza, kontakt.azkontakt.ge onlayn mağazaları ilə fəaliyyət göstərir. Şəbəkə ilin sonunadək həm Tiflisdə, həm də ölkənin digər bölgələrində yeni mağazalar açmağı planlaşdırır.

Tarix
2025.09.30 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Lukaşenko ilə görüşdü - Foto

Prezident Cabir İmanovun vida mərasiminə əklil göndərdi - Foto

Azərbaycan bu ölkədə səfirlik açır

Bunu İlham Əliyevə ilk dəfə Tramp dedi

Ukraynada əsir düşən azərbaycanlıdan etiraf - Video

Tramp bu qanı durdurmağa yaxındır - Ərdoğan dəstək verdi

Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul etdi

Rəsmi Bakıdan Trampın Qəzza planına - Reaksiya

Milli Məclisin plenar iclası başladı

Müəllimlər üçün komissiyasız kredit

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla