Yuxarı

Ölənin dalınca danışmaq... - Elşad Miri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölənin dalınca danışmaq... - Elşad Miri

Dünyasını dəyişəndən sonra tanınmış insanların haqqında müsbət və ya mənfi fikirlər səsləndirənlər görürük. Sanki ölüm hadisəsindən nəticə çıxarmaq əvəzinə həmin insanı mühakimə etməyə çalışırlar.

Bu sözləri Axar.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri əməkdar artist Cabir İmanovun vəfatından sonra bəzilərinin onun haqqında neqativ faktları paylaşmasına cavab olaraq deyib.

“Bəqərə” surəsinin 141-ci ayəsində rəbbimiz buyurur ki, bizdən əvvəl ümmətlər var ki, gəlib, getdilər. Onların qazandıqları özlərinə, bizim qazandıqlarımız isə bizə aid olacaq. Yəni siz onların etdikləri barədə sorğu-sual olunmayacaqsınız.

Ona görə də biz özümüzə aid olan məsələləri gündəmə gətirməliyik. Bu məsələdən özümüz üçün nəticə çıxarmalıyıq ki, ölümün yaşı yoxdur. Mən bu dünyada necə, nə üçün yaşayıram və nə edirəm, insanlar məndən zərər və ya xeyirmi görür və s. kimi suallara tapdığımız cavaba əsasən həyatımızı tənzimləməliyik.

Artıq dünyadan köçən insanların haqqında danışmağın bir mənası yoxdur. Mərhumun mənfi əməllərini müzakirə etməklə onun yaxınlarına, ailəsinə əziyyət veririk. Ölənlərin ardınca hansısa pis əməlini müzakirə etmək etik deyil və uyğun görülmür.

Allahdan aktyorumuza rəhmət, yaxınlarına isə səbr arzulayıram. Allah günahlarını bağışlasın”, - deyə ilahiyyatçı bildirib.

Tarix
2025.09.30 / 23:45
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla