Yuxarı

21 nəfər saxta şəhadətnamə əldə edib - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
21 nəfər saxta şəhadətnamə əldə edib - Rəsmi

2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər Qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün kvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələri tərəfimizdən aşkar olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilib.

Bu barədə Axar.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

"Təəssüflə qeyd edirik ki, son 5 ay ərzində 9 belə hal aşkarlanıb. Bildiririk ki, bəzi şəxslər tərəfindən tanınma qərarlarının müxtəlif qeyri-rəsmi üsullarla dəyişdirilə biləcəyi ilə bağlı verilən vədlər həqiqətə uyğun deyil və bu cür hallara yol verilməsi qanunvericilikdə müəyyən olunmuş məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər. Bu baxımdan, vətəndaşlara yalnız qanunvericilikdə müəyyən olunmuş rəsmi prosedurlar çərçivəsində hərəkət etmələri tövsiyə olunur", - məlumatda bildirilib.

Qeyd edək ki, xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında həyata keçirilir. Qeyd edək ki, xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması üçün Qaydaların 4-cü bölməsində təsbit olunan tanınmaya dair tələblərin tam təmin olunması zəruridir.

Tarix
2025.10.06 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah liderlər Qəbələdə nələri müzakirə edəcəklər?

Binəli Yıldırım İlham Əliyevlə görüşündən yazdı

Hakan Fidan Azərbaycana gəlir

Saleh Səmədovun həbsi ilə bağlı yeni xəbər

İlham Əliyev Orbanla görüşdü - Foto

Azərbaycanın Şimali Kiprə dəstəyi... - Prezident

Şövkət Mirziyayev də Qəbələdədir

Tokayev Qəbələyə gəldi, Əmrullayev qarşıladı - Foto

Naxçıvana gediş-gəliş 99 il belə olacaq - Atanesyan

Əliyev Ərsin Tatarla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla