Yuxarı

Bəyanatları başına bəla oldu - Türkiyə konserti ləğv olundu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəyanatları başına bəla oldu - Türkiyə konserti ləğv olundu

Britaniyalı müğənni Robbi Uilyamsın oktyabrın 7-də İstanbulda keçirilməsi planlaşdırılan konserti İstanbul Vilayət İdarəsi tərəfindən ləğv edilib.

Kult.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatçılar məlumat yayıb.

“Oktyabrın 7-də Robbi Uilyamsın İstanbulda keçiriləcək konserti İstanbul valiliyi tərəfindən ləğv edilib” - təşkilatçılar agentliyə bildiriblər.

Şirkət əmin edib ki, alınan bütün biletlərin pulu tamaşaçılara tam şəkildə geri qaytarılacaq.

Qeyd edək ki, Uilyams daha əvvəl Bodrumda çıxış edib. Türkiyə mətbuatına verdiyi müsahibələrdə o, xüsusilə həyat yoldaşı Ayda Fieldin türk əsilli olduğunu nəzərə alaraq, İstanbula səfər etmək arzusunda olduğunu bildirib. Ancaq bir neçə türk təşkilatı Uilyamsın İsraili dəstəklədiyi üçün keçmiş bəyanatlarına görə səlahiyyətliləri konserti ləğv etməyə çağırıb.

Konsertin yeri təşkilatçılar tərəfindən iki dəfə dəyişdirilib. Nəhayət, İstanbulun qərbində yerləşən Ataköy səmtində açıq havada konsert salonu seçilib. Biletlərin qiyməti lansman zamanı 100 dollar olub, konsert tarixinə yaxın 155 dollara qədər bahalaşıb. VİP biletlər 480 dollardan yuxarı qiymətə təklif edilib.

Tarix
2025.10.04 / 19:39
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan geoiqtisadi regiondur

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər... – Prezident

İlham Əliyev 7-ci Məşvərət Görüşünün iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla