Yuxarı

İmişlidə iki “Mersedes” toqquşdu: 1 ölü, 4 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmişlidə iki “Mersedes” toqquşdu: 1 ölü, 4 yaralı

İmişli rayonunda ağır yol qəzası baş verib.

Axar.az Report-a istindən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişlinin Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "Mersedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, bu gün saat 14:00 radələrində rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (1-i uşaq olmaqla 3-ü kişi, 2-si qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara kəllə əsasının sınığı, daxili orqanların zədələnməsi, travmatik şok, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 4 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 2004-cü il təvəllüdlü şəxsin (kişi) ölüm faktı qeydə alınıb.

Tarix
2025.10.09 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla