Yuxarı

Bakının məşhur kinoteatrı sökülür?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının məşhur kinoteatrı sökülür?

Ötən ilin sonlarında restavrasiya ediləcəyi ilə gündəmə gələn "Dostluq" kinoteatrının tarixi abidə statusu almasına, həmçinin bərpa edilməsinə müsbət rəy verilməyib.

Axar.az Report-a istinadən xəbər verir ki, binaya baxış keçirildikdən sonra onun qəzalı vəziyyətdə və bərpaya yararsız olduğu qənaətinə gəlinib.

Qeyd edək ki, binanın restavrasiya edilməsi istiqamətində ötən ilin dekabrında müsabiqə keçirilmiş və bu ilin martında qaliblərin açıqlanmışdı.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə binanın bərpası istiqamətində keçirilən müsabiqə barədə qeyd edib ki, yekun nəticədə bina tarixi abidə kimi qiymətləndirilməyib:

"Biz müsabiqə yolu ilə, bir növ, ictimai rəyi, peşəkar memarları mövzuya cəlb etmişdik və nəticə belə oldu ki, bina tarixi abidə kimi qiymətləndirilmir. Təqdim olunan layihələrə baxanda aydın görünür ki, orada binanın əvvəlki formasını qoruyan, olduğu kimi saxlayan layihə yoxdur. Təyinatından tutmuş görünüşünə qədər, hər bir detal dəyişdirilib. Yəni təqdim olunan layihələrin heç birində bərpa elementi yox idi. Bir sözlə, qənaət budur ki, "Dostluq" kinoteatrı tarixi abidə statusuna layiq deyil".

Tarix
2025.10.17 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla