Yuxarı

İki hakim vəkil oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki hakim vəkil oldu - Foto

Bakı Ağır Cinayətlər Məhkəməsinin iki hakimi Vəkillər Kollegiyasına üzv olub.

Axar.az Teleqraf.az-a istinadla xəbər verir ki, söhbət Azad Məcidov və Mahmud Ağalarovdan gedir.

Onların hər ikisi Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bugünkü iclasında vəkil andı içiblər və kollegiyaya üzv olublar.

Qeyd edək ki, Azad Məcidov hüquq-mühafizə orqanlarının birində 30 ilə yaxın müstəntiq işləyib. Polkovnik rütbəsi daşıyan Məcidov o vaxt silsilə qətllər və adam oğurluğunda təqsirli bilinmiş Hacı Məmmədov cinayətini araşdıran istintaq qrupunun üzvü olub.

Azad Məcidov 2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib. Bu illər ərzində o, ölkə gündəmində olan bir çox işlərin hökmünü çıxarıb. Buraya müğənni Fədayə Laçının, tarixçi-alim Səbuhi Hüseynovun, "Bravo" hipermarketə basqında təqsirləndirilən şəxslərin, erməni diversantların bir qrupunun işləri də daxildir. Onun icraatında olan son səs-küylü iş talassemiyalı uşaqların pulunun ələ keçirilməsi ilə bağlı olub.

Ümumilikdə 40 il hüquq-mühafizə və məhkəmə sistemində çalışan A.Məcidov bu ilin əvvəlində yaş həddi ilə bağlı hakim vəzifəsindən təqaüdə çıxıb.

Digər vəkil Mahmud Ağalarov da uzun müddət prokurorluq orqanlarında çalışıb. Onun sonuncu iş yeri Bakı Ağır Cinayətlər Məhkəməsi olub. Ötən il yaş həddi ilə bağlı təqaüdə çıxıb.

Mahmud Ağalarov hakimlik dövründə bir çox səs-küylü işlərə hökm oxuyub.

Tarix
2025.10.22 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Eyyubovdan Prezidentə: Bunu heç kim edə bilməzdi...

Əli Əsədov Tiflisdə Kobaxidze ilə görüşdü

Prezident Yaqub Eyyubovun döşünə orden taxdı - Foto

İlham Əliyev sübut etdi ki... - Simonyan

AB-dən Əliyevin qərarına reaksiya

İlham Əliyev yeni baş naziri təbrik etdi

AZAL təyyarəsi ilə bağlı mühüm açıqlama

Bu ölkə Bakıda səfirlik açacaq

Azərbaycanla Ermənistan arasında sülh artıq baş tutub

İlham Əliyev Estoniyanın XİN rəhbərini qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla