Yuxarı

Şəki qəzasında yaralananlar - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:26

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ 2016 və VAZ 21099 markalı minik maşınlarının toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan 4-ü VAZ 2106 markalı minik maşınında olub. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***

Şəkidə baş verən yol qəzasında yaralanan şəxslərin şəxsiyyəti məlum olub.

Rayonun Daşüz kənd sakini, Bilal Cəlal oğlu Abdulkərimovun idarə etdiyi VAZ 2106 markalı 55 BK 471 dövlət nömrə nişanlı avtomobillə rayonun aşağı Göynük kənd sakini 1955-ci il təvəllüdlü Abdurahman Kərim oğlu Abdurahmanovun idarə etdiyi VAZ 21099 markalı 55 BM 595 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəzadan sonra hər iki avtomobilin sürücüsü - Bilal Abdulkərimov, Abdurahman Abdurahmanov və Bilal Abdulkərimovun maşınında sərnişin qismində olan bir ailənin üç üzvü, rayonun Aşağı Göynük kənd sakinləri 1984-cü il təvəllüdlü Esmira ehtiram qızı Əlimərdanova, onun övladları 2001-ci il təvəllüdlü Zemfira İlqar qızı Əlimərdanova və 2009-cu il təvəllüdlü Tərlan İlqar oğlu Əlimərdanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Məlumata görə, yaralılardan Zemfira Əlimərdanovun vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar ilə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-stabil qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Tarix
2016.07.27 / 00:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla