Yuxarı

İki min vergidən yayınma faktı - Bir ayda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki min vergidən yayınma faktı - Bir ayda

Oktyabr ayı ərzində vergidən bu və ya digər formada yayınma hallarının qarşısını almaq üçün aparılan yoxlamalar zamanı 2035 vergi ödəyicisinin qanunvericiliyi pozduğu aşkarlanıb.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsinin məlumatına görə, 1223 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 336 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul edildiyi, ticarət, iaşə və digər xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 238 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziya almadan məşğul olduğu müəyyən edilib.

Həmçinin 133 vergi ödəyicisi tərəfindən 166 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi, 75 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 30 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 279 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülüb.

Tarix
2013.11.05 / 00:53
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla