Yuxarı

Ağdam şəhərinə ilk köç başlayır - Tarix

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdam şəhərinə ilk köç başlayır - Tarix

Bu ay keçmiş məcburi köçkünlərin Ağdam şəhərinə ilk köçü baş tutacaq.

Axar.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin deputatı Aqil Abbas deyib.

O bildirib ki, şəhərdə on minlərlə sakinin yaşaması üçün artıq hər bir sosial şərait yaradılıb.

Deputat qeyd edib ki, rayonda artıq tikinti işləri başa çatdırılıb və bundan sonra da quruculuq işləri daimi proses kimi aparılacaq:

“Yaşayış binaları hazırdır. Özüm də orada olub, yenidənqurma işlərini görmüşəm. İlk köç xeyirli-uğurlu olsun. Ağdam yüz min əhalisi olan böyük şəhər olacaq. 50 metrdən çox eni olan çoxzolaqlı küçə və prospektlər gələcək layihələrdən xəbər verir. Hal-hazırda Ağdamda yeddi zavod fəaliyyət göstərir. Başqa zavodların tikintisi də plandadır. İctimai-iaşə obyektlərinin istifadəyə verilməsi geniş iş imkanları yaradacaq.

Rayonda təsərrüfatın müxtəlif sahələri ilə məşğul olmaq üçün geniş imkanlar var”.

Tarix
2025.11.03 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Zəfər Andı: Qəhrəmanlıq, vətənpərvərlik, birlik gecəsi - Foto

Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya

Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay

AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?

Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi

İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya

Ermənistan nümayəndələri Azərbaycana səfər edəcək

Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu

Azərbaycan XİN Panamanı təbrik etdi

Ceyhun Bayramov Əlcəzairə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla