Yuxarı

Batma təhlükəsi ilə üzləşən balıqçılar xilas edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Batma təhlükəsi ilə üzləşən balıqçılar xilas edildi - Video

Xəzər dənizində köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları xilas edilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində üç nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.

Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan "Tufan" tipli sərhəd gəmisi müəyyən edilib koordinatlar üzrə dərhal hərəkətə keçib və operativ şəkildə hadisə yerinə çatıb.

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 17:15-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları, Astara rayon sakinləri – 1980-cı il təvəllüdlü Ruhid Murtuza oğlu Ağabalayev, 1985-ci il təvəllüdlü Namik Xanhüseyn oğlu Həsənov və 1974-cü il təvəllüdlü Arif Sürət oğlu Həsənov sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılmışdır.

Tarix
2025.11.03 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Zəfər Andı: Qəhrəmanlıq, vətənpərvərlik, birlik gecəsi - Foto

Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya

Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay

AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?

Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi

İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya

Ermənistan nümayəndələri Azərbaycana səfər edəcək

Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu

Azərbaycan XİN Panamanı təbrik etdi

Ceyhun Bayramov Əlcəzairə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla