Yuxarı

Müğənni plastik cərraha görə intihara cəhd etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənni plastik cərraha görə intihara cəhd etdi - Foto

"İlanlı qız" ləqəbi ilə tanınan müğənni Günəş “İnternational Medical Center 2”də çalışdığı bildirilən plastik cərrah Əmiraslan Əmiraslanov barəsindəki şikayətinin təmin olunmaması səbəbindən intihara cəhd etdiyini deyib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, müğənni bu barədə Tiktok hesabında video yayımlayıb.

Videoda o, çoxlu sayda dərman qəbul edərək intihara cəhd etdiyini, buna səbəb kimi isə plastik cərrah Əmiraslan Əmiraslanovun onu şantaj etdiyini göstərib:

“Bu dərmanların hamısını atıram. Mən zatən dünəndən edəcəyimi demişdim. Hər şeyə son qoyuram. Çünki Əmiraslan Əmiraslanov məni şantaj edərək əməliyyatdan öncə çəkilmiş şəkillərimi yayıb. Ondan sonra mən canlı yayım açdım, bu insan haqda danışdım, sonra o məni verdi məhkəməyə. Məhkəmədə mənim işimə baxılmadı. Əvvəl baxırdılar, hakim dedi ki, bu xanımın şəklini yaymısan, xanım da bunun yayılmasına görə sənə “şərəfsiz” deyib".

Müğənni daha sonra məhkəmənin də onun əleyhinə qərar verdiyinin bildirib:

"Məni hələ çağırıb ev həbsi verməyə çalışırlar, 147.2-ci maddə ilə iş qaldırıblar. Mən yaşamaq istəmirəm. Belə olmaz.

Mənim balamı, ailəmi, anamı, hər kəsi yetim qoyan Əmiraslan Əmiraslanovdur. Əmiraslan bu dəqiqə işində-gücündədir, məni verib məhkəməyə, pul tələb edir, hələ məni həbs etdirməyə çalışır. Hansı qayda-qanundan söhbət gedir, bilmirəm. Günahkar, səbəbkar Əmiraslan Əmiraslanovdur. Bu qədər”.

Məlumata görə, dərman qəbul etdikdən sonra halı pisləşən müğənni xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bir müddət əvvəl Günəş plastik cərrah Əmiraslan Əmiraslanovdan şikayət etmişdi. O bildirmişdi ki, “İnternational Medical Center 2”də həkim tərəfindən aparılan əməliyyat uğursuz alınıb və nəticədə bədənində böyük çapıqlar, eləcə də dəri sallantıları yaranıb. Müğənni həmçinin həkimin ondan ümumilikdə 14 min manat aldığını, lakin əməliyyatın uğursuz olduğunu və üstəlik şəxsi görüntüləri ilə şantaj edildiyini iddia etmişdi.

Məsələ ilə bağlı klinikadan bildirilib ki, Əmiraslan Əmiraslanov artıq həmin tibb müəssisəsində çalışmır və proses hazırda Ağdam Rayon Məhkəməsində davam edir.

Xatırladaq ki, Əmiraslan Əmiraslanovun adı Qənirə Ataşın bir müddət əvvəl paylaşdığı saxta plastik cərrahlar siyahısında var idi.

Tarix
2025.11.05 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

Şoyqu Cənubi Qafqazdan danışdı

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

“Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan

Mehdiyevin Qəbələdə 3 villası varmış - Xüsusi məqam...

Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı

Beynəlxalq tədbir: Narkotik dövriyyəsi ilə mübarizə...

Prezident bu qurumların rəhbər şəxslərini qəbul etdi - Foto

Azərbaycanla sülh bu halda uzunmüddətli olacaq

Heydər Əliyev həmin məqamda protokolu pozdu... - Zülfüqarov

Şoyqu Usubovla bu gün görüş keçirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla