Yuxarı

Şəxsin pensiya kapitalından vaxtından əvvəl istifadə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəxsin pensiya kapitalından vaxtından əvvəl istifadə...

Vətəndaşların pensiya fondunda yığılan kapitalı vaxtından əvvəl istifadə etməsi üçün yeni mexanizmin yaradılıb yaradılmayacağına aydınlıq gətirilib.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, pensiya kapitalı müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.

Qeyd edilib ki, şəxsin toplanmış pensiya kapitalından pensiya sığorta hadisəsi (pensiya yaşına çatmaq, əlilliyin müəyyən edilməsi, ailə başçısını itirmək və s.) baş vermədən istifadə etməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Pensiya kapitalı şəxsin yaşa və ya əlilliyə görə pensiya təminatı, yaxud o vəfat etdiyi halda ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya təminatı məqsədi üçün nəzərdə tutulur.

Şəxs pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda pensiya kapitalı əsasında ona aylıq pensiya təyin olunur.

Nəzərə çatdırılıb ki, vəfat etdiyi halda isə pensiya kapitalı müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir. Yəni şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir.

Tarix
2025.11.05 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onları qəbul etdi - Foto

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyan Rusiya və Qərb arasında “manevr” etməyə çalışır...

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla