Yuxarı

Britaniya buna görə Azərbaycana təşəkkür etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya buna görə Azərbaycana təşəkkür etdi

Böyük Britaniya COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün dünyanı birləşdirməkdə töhfəsinə görə Azərbaycana təşəkkür edib.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın Bakıdakı səfirliyinin X-dəki paylaşımında qeyd olunub.

"Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verərkən, Birləşmiş Krallıq ötən il dünya dövlətlərini iqlim tədbirlərini irəli aparmaq üçün birləşdirdiyinə görə COP29-un Bakıdakı Azərbaycan sədrliyinə təşəkkür edir.

Bakıdan sonra Belen və London (qlobal istiləşməni) 1,5 C-də saxlamaq üçün qlobal ambisiyaları stimullaşdırmağa davam edir", - Britaniya diplomatik nümayəndəliyinin bəyanatında deyilir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP30) Tərəflər Konfransının 30-cu sessiyasına bu gün Braziliyanın Belen şəhərində start verilib.

COP29 daha əvvəl Azərbaycanda keçirilib.

Tarix
2025.11.10 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla