Yuxarı

Bakıda şalvarsız aksiya baş tutmadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda şalvarsız aksiya baş tutmadı

"Şalvarsız bir gün" aksiyası baş tutmadı; aksiya xəbərindən hiddətlənən milliyyətçi gənclər metrolara axışdılar, polis səfərbər olundu.

Martın 1-də metrostansiyalarda "Metroda şalvarsız bir gün" aksiyasının keçirilməsi ilə bağlı mətbuat və sosial şəbəkələrdə xəbərlər yayılmışdı. Artıq neçə gün idi ki, sosial şəbəkələrdə bu aksiya ilə bağlı qızğın müzakirələr gedirdi. Daxili İşlər Nazirliyi də mövzu ilə bağlı öz mövqeyini açıqlamışdı. Nazirliyin mətbuat xidmətindən bildirilmişdi ki, qanunsuz keçirilən bu flaşmobun qarşısı alınacaq.

Əsasən metronun 3 stansiyasında – " 28 may", "Gənclik" və " Sahil" də bu flaşmobun keçiriləcəyi gözlənilirdi. Aksiya olarsa, qarşısını almaq üçün çoxlu sayda səfərbər olunmuş polislər gözə çarpırdı. Metro qatarlarının gəlişi zamanı sərnişinlərə ciddi fikir verilirdi. Xüsusilə aksiyanın keçiriləcəyi metrostansiyalarında polislərin və mülki geyimlilərin çox olması , bu aksiyaya diqqət ayrılmasının göstəricisi idi. Polislər insanların bir yerə toplaşmasına imkan vermirdilər.

Bu aksiya xəbərindən hiddətlənən mühafizəkar gənclər metrolara axışmışdılar. Onlarla söhbətimizdə bildirdilər ki, bu aksiya baş tutarsa, iştirakçıların cavablarını verəcəklər. Bu işdə xüsusilə, Milliyyətçi Gənclər Hərəkatının üzvləri fəal idilər.

Milliyyətçi Gənclər Hərəkatının fəal üzvlərindən İsmayıl Camalov bütün günü "28 may" metrosunda olduğunu söylədi: "Səhər tezdən burdayam. Biz millətçilər qərara almışıq ki, xalqımızın əxlaqi-mənəvi dəyərlərinə ləkə salan hər bir hərəkətə qarşı olaq. Bu aksiyada bunlardan biridir. Millətçi gənclər olaraq, bütün metrolarda keşik çəkirik. Bu bizim vətəndaşlıq borcumuzdur ".

Günün sonunda artıq aksiyanın keçirilməyəcəyi dəqiqləşdi. İnsanların üzündən sevinc işartıları yağırdı. Bu isə hər kəsdə bu flaşbomun keçiriləcəyindən narahatçılıq olduğunu göstərirdi. ("Musavat.com")

Tarix
2014.03.01 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert

Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi

Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi

AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?

Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı

Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur

Azərbaycan qatarı Ermənistanda - Video

Azərbaycanla ABŞ arasında mühüm iclas keçirildi

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla