Yuxarı

Bakıda dustaqlar üçün pul yığan şəxsə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda dustaqlar üçün pul yığan şəxsə hökm oxundu

Bakıda 1994-cü il təvəllüdlü Nail Əliliyə quldurluq ittihamı ilə hökm oxunub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, istintaq materiallarına görə, Nail Əlili 28 yanvar 2024-cü ildə Sabunçu rayonunda yerləşən “Ordubad” kafesində iki nəfərə qarşı bıçaqla hədə-qorxu gələrək pul tələb edib.

İttihama əsasən, təqsirləndirilən şəxs kafedə müştəri kimi əyləşən iki nəfərin olduğu otağa daxil olaraq qapını bağlayıb və onlardan cəzaçəkmə müəssisəsinə pul göndərilməməsini irad tutub. O, istintaqa məlum olmayan bıçağı nümayiş etdirərək zərərçəkmiş Taleh Eyyubovu və əmisi Oruc Eyyubovu ölüm və ağır xəsarət yetirəcəyi ilə hədələyib. Bununla da Talehi 25 manat verməyə məcbur edib. Daha sonra o, digər zərərçəkmiş Orucun üzərinə gedərək pul tələb edib və onun baş nahiyəsinə yumruq və sillə zərbələri endirib.

Taleh ifadəsində bildirib ki, Nail bir müddətdir ondan həbsxanaya pul göndərmədiyi üçün izahat tələb edirmiş. Hadisə gecəsi Nail onu və əmisi Orucu kabinetdə sıxışdıraraq bıçağı masaya vurub pul istəyib. Taleh qorxu altında cibində olan 25 manatı verib. Hadisədən sonra kafedən kömək istəyib və müdir pulun bir hissəsini geri qaytartdırıb.

Zərərçəkmiş Oruc Eyyubov isə ifadəsində Nailin əlində bıçaqla otağa girib aqressiv şəkildə həm ondan, həm də Talehdən pul tələb etdiyini deyib. O, üz nahiyəsinə zərbələr aldığını, Nailin davranışlarından qorxuya düşdüyünü bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Nail Əlilini Cinayət Məcəlləsinin 181.2.5-ci (silah qismində istifadə olunan predmetlə quldurluq) maddəsi ilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, 29 yaşlı Nail Əlili əvvəl də ağır cinayətlərə görə məhkum olunub. O, ilk cəzasını 17 yaşı olanda alıb. Xuliqanlıq və hədə-qorxu ilə pul tələb etmək ittihamı ilə 5 il azadlıqdan məhrum edilib.
Növbəti dəfə isə 2018-ci ildə oğurluq maddəsi ilə ittiham olunaraq 2 ildən çox müddətə həbs edilib.
Nail Əlili özünü kriminal aləmə yaxın şəxs kimi təqdim edərək cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara pul yığan adam kimi çıxış edirmiş.

Tarix
2025.12.04 / 09:15
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan

Azərbaycanla münasibətlər daha da inkişaf etməlidir - Vali

Bayramov gürcü həmkarı ilə danışdı

Somalinin "Somaliland" bölgəsinin tanınması... - XİN

Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...

Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı...

Türkiyə Putini gətirmək istəyir ki, nüfuzu qalxsın

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla