Yuxarı

Bu idarələr dövlət büdcəsindən maliyyələşəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu idarələr dövlət büdcəsindən maliyyələşəcək

Azərbaycanda məhkəmə ekspertizası idarələrinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada əks olunub.

Sənəddə qeyd olunub ki, məhkəmə ekspertizasının lazımi səviyyədə aparılmasınının təmin edilməsi, o cümlədən məhkəmə ekspertizası idarələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulur.

Bundan başqa, müvafiq tədbirlərin maliyyələşdirilməsi zamanı ekspertiza fəaliyyətinin özünümaliyyələşdirmə mexanizmlərindən istifadə edilməsi, o cümlədən ekspertiza xidmətləri göstərilməsindən daxil olan vəsaitin bir hissəsinin bu sahənin inkişafına yönəldilməsi imkanları da nəzərdən keçiriləcək.

Konsepsiyanın əsas prioritet istiqamətlərinin həlli üçün dövlət-özəl tərəfdaşlığı nəticəsində formalaşan maliyyə vəsaitindən, yerli və xarici investisiyalardan, beynəlxalq təşkilatların, donorların və fondların vəsaitindən, qanunda nəzərdə tutulan digər mənbələrdən də istifadə edilə bilər.

Tarix
2025.12.11 / 15:33
Müəllif
Axar.az
Digər xəbərlər

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldılacaqdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla