Yuxarı

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirildi

Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Milli Günü münasibətilə həmin ölkənin Bakıdakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi qəbulda iştirak edib.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, qəbulda çıxış edən nazir Kəmaləddin Heydərov Milli gün münasibətilə Qətər xalqını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından təbrik edib, Qətər Dövlətinə əmin-amanlıq və davamlı tərəqqi arzulayıb.

Azərbaycan və Qətər arasında otuz ildən artıq müddətdə formalaşmış diplomatik münasibətlərin dostluq və qarşılıqlı hörmətə əsaslandığını vurğulayan nazir iki ölkə liderlərinin müdrik, ardıcıl və uzaqgörən siyasəti nəticəsində ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daim genişləndiyini xatırladıb.

Bu çərçivədə, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti qeyd olunub. Cari ilin noyabr ayında keçirilmiş Komissiyanın dördüncü iclasının iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu deyən nazir iclas çərçivəsində təşkil olunmuş Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası barədə danışıb.

K.Heydərov, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Qətər Dövlətinin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq münasibətlərindən danışıb, əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib.

Tarix
2025.12.11 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla