Yuxarı

Xocalı türbəsinə bitişik məqbərə yeri aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı türbəsinə bitişik məqbərə yeri aşkarlandı

Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib.

Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd olunub.

Qeyd olunub ki, Şamil Nəcəfov Xocalı tarixi-arxeoloji kompleksi ərazisində tədqiqatlar aparıb:

“Bu il aparılan tədqiqatlar nəticəsində nekropol ərazisində yerüstü əlamətləri görünməyən, 70 sm dərinlikdə Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib. Eyni zamanda, nekropolda tunc dövrünə aid daha bir kurqan aşkar edilib”.

Həmçinin Xocalı-Gədəbəy mədəniyyətinə aid fərqli struktura malik qəbir abidələri və təkrar dəfnlərin icra olunduğu bütöv nekropol aşkar edilib.

Qeyd edilib ki, Nəcəf Müseyiblinin rəhbərlik etdiyi “Şəmkir” arxeoloji ekspedisiyası 2025-ci ilin Baydar kurqanlarında tədqiqatlar aparılıb:

“Aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanan bu tip dəfnlər Gəncə-Qazax bölgəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid nekropolların bəzilərində müşayiət olunsa da, Baydar nekropolunda ilk dəfə olaraq belə dəfn adətinin icra edildiyi bütöv məzarlıq aşkar edilib”.

Tarix
2025.12.11 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla