Yuxarı

Ölkə ərazisində müşahidə olunan güclü yağıntıların səbəbi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkə ərazisində müşahidə olunan güclü yağıntıların səbəbi...

Aralıq dənizi siklonunun təsiri nəticəsində ölkə ərazisində güclü yağıntılar müşahidə olunub.

Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.

O bildirib ki, Aralıq dənizi rayonlarından hərəkət edən siklonun təsiri nəticəsində ölkə ərazisində dekabrın 9-u axşam saatlarından başlayan leysan xarakterli yağış dekabrın 11-i səhərədək fasilələrlə davam edib:

"Dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağa qar yağıb. Ölkənin şərq ərazilərində və Abşeron yarımadasında yağıntılar digər bölgələrlə müqayisədə daha intensiv və güclü olub. Belə ki, yarımadaya düşən yağıntının ümumi miqdarı 44 mm olub, bu da aylıq iqlim normasının 149%-ni təşkil edir".

"Ümumi proses müddətində ən çox yağıntı Qobustan, Biləsuvarda 31, Şirvan və Neftçalada isə 28 mm olmaqla qeydə alınıb", - G.Abbasova vurğulayıb.

Tarix
2025.12.11 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla