Yuxarı

23 il əvvəl vəfat edən şəxsin ölüm faktı indi təsdiqləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
23 il əvvəl vəfat edən şəxsin ölüm faktı indi təsdiqləndi

Bakıda 23 il əvvəl vəfat edən şəxsin ölüm faktı indi təsdiqlənib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib.

Belə ki, iddiaçı məhkəməyə müraciət edərək 1939-cu il təvəllüdlü atasının 2002-ci ildə vəfat etməsi faktının müəyyən olunmasını xahiş edib.

Ərizə onunla əsaslandırılıb ki, iddiaçının atası 1939-cu ildə anadan olub, 2002-ci ildə ev şəraitində vəfat edib və onun ölümü baş verdiyi gün təcili tibbi yardıma məlumat verilməyib.

İddiaçı qeyd edib ki, həmin vaxtdan bu günədək ölüm haqqında şəhadətnaməyə ehtiyac olmadığı üçün həmin sənəd alınmayıb. Hazırda mərhumun adına olan əmlakın vərəsələrinin adına rəsmiləşdirilməsi üçün müvafiq quruma müraciət olunsa da, cavab olaraq bildirilib ki, ölüm haqqında həkim arayışı təqdim olunmadığı üçün ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilib və məhkəməyə müraciət etmək tövsiyə olunub.

Məhkəmənin qərarı ilə 1939-cu il təvəllüdlü şəxsin 2002-ci ildə Hacıqabul şəhərində (ev şəraitində) ölməsinə dair hüquqi fakt müəyyən edilib.

Tarix
2025.12.12 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla