Yuxarı

Heydər Əliyevin xatirə gecəsi keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyevin xatirə gecəsi keçirildi - Foto

Bakıda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib.

Axar.az xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Liderin qəlbi" sənədli filmi nümayiş etdirilib. Filmin müəllifi Mixail Qusmandır.

Filmi Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva izləyib.

Tədbir Ümummilli Liderin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.

İzləyicilər qarşısında çıxış edən Mixail Qusman filmin üzərində iş prosesindən danışıb və bu cür dahi şəxsiyyət haqqında bir saatlıq lent yaratmağın asan olmadığını vurğulayıb. O qeyd edib ki, materiallar Heydər Əliyevin yolunu və xarakterini mümkün qədər dəqiq çatdırmaq üçün hissə-hissə toplanıb.

Filmin müəllifi, həmçinin Ümummilli Liderlə bağlı şəxsi xatirələrini bölüşərək onun qeyri-adi daxili gücünü, möhkəm xarakterini və cəsarətini qeyd edib.

M.Qusmanın sözlərinə görə, Heydər Əliyev ləyaqətini və təmkinini itirmədən həyatın bütün çətinliklərinin öhdəsindən gələ bilib və həmişə özünün əsas - Azərbaycana xidmət etmək məqsədinə sadiq qalıb. Heydər Əliyevin bütün həyatı ölkəyə və onun gələcəyinə həsr olunub və o, həqiqətən öz xalqı üçün yaşayıb.

Mixail Qusman filmdə yer almış epizodlardan birinin üzərində ayrıca dayanıb: çıxışı zamanı Heydər Əliyevin özünü pis hiss etdiyi an. Müəllif qeyd edib ki, bu kadr liderin mənəvi gücünü və dözümlülüyünü vurğulayan hekayənin mühüm hissəsinə çevrilib.

Tarix
2025.12.13 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla