Yuxarı

Bakıda "16-cı NATO günləri" keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda "16-cı NATO günləri" keçirildi - Foto

NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusif Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda "16-cı NATO günləri" keçirilib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfərin məqsədi Azərbaycan ilə NATO arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi, tərəfdaşlıq proqramları üzrə öhdəliklərin icrası və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi olub.

Səfər çərçivəsində nümayəndə heyəti ilə Müdafiə Nazirliyində, Heydər Əliyev adına Hərbi İnstitutda, eləcə də Quru Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin tərkibində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) üzrə bəyan edilmiş bölmələrinin olduğu hərbi hissələrdə görüşlər keçirilib.

Tədbirlərdə qeyd olunub ki, Azərbaycan–NATO əməkdaşlığı çərçivəsində ölkənin beynəlxalq təhlükəsizliyin təminatında fəal iştirak edib. Azərbaycan Ordusunun şəxsi heyətinin sülhməramlı missiyalardakı fəaliyyəti qlobal təhlükəsizliyə dəyərli töhfə kimi qiymətləndirilib. Azərbaycanın NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramında fəal iştirakı, eləcə də ƏİK proqramı çərçivəsində əldə etdiyi nailiyyətlər də diqqətə çatdırılıb.

Görüşlərdə hərbi təhsil və təlim sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Azərbaycan zabitlərinin NATO təlimləri və qərargahlarında iştiraklarının onların əməliyyat, idarəetmə və hərbi elmi biliklərinin zənginləşməsində faydalı olduğu qeyd edilib. Nümayəndə heyəti üçün müxtəlif brifinqlər və dəyirmi masa müzakirələri təşkil olunub.

Tarix
2025.12.13 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla