Yuxarı

Köməkçi vasitələrlə imtahana girən abituriyentlər... - DİM

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köməkçi vasitələrlə imtahana girən abituriyentlər... - DİM

Köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlər müsabiqəyə buraxılmayıblar.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verib.

Bildirilib ki, həmin abituriyentlərin cavabları DİM-in imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən şübhə yaratdığı üçün ümumiyyətlə elan edilməyib və nəticə ilə bağlı səhifələrində “Sizin imtahan nəticələriniz araşdırılır” bildirişi göstərilib:

“Daha sonra həmin nəticələr şübhə doğuran məqamlarla birlikdə araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub. Onların araşdırmasından sonra həmin şəxslərin əməlləri üzə çıxıb materiallar istintaqa təqdim olunub”.

Qeyd edək ki, abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıqla məşğul olan şəxs və təhsil ekspertinin buraxılış imtahanlarının gedişində abituriyentlərə testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib. Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslər məhkəmə qarşısına çıxarılıb.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə kurs rəhbəri barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, təhsil eksperti barədə isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Tarix
2025.12.13 / 15:17
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla