Yuxarı

Sosial şəbəkələrdə reklama görə vergi alınacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələr həm məhsul və xidmətlərini tanıtmaq istəyən şirkətlər, həm də asan yolla pul qazanmaq istəyən istifadəçilər üçün gəlir mənbəyinə çevrilib. Məşhur simalar başda olmaqla, bəzi bloqqerlər, sosial şəbəkə fenomenləri paylaşımları ilə bir gün içində xeyli pul qazanır. "Twitter", "Facebook", "Instagram" və "Snapchat" vasitəsilə edilən məhsul təqdimatları saniyələr içində minlərlə adama ötürülür. Ən çox ödənişi də ən çox izləyicisi olanlar qazanır.

Türkiyədə artıq sosial şəbəkələrdə edilən reklamlara görə yeni qanun qüvvəyə minəcək. Məhsulu reklam edib, minlərlə lirə qazanan məşhurlar vergi ödəyəcək. Qanun Türkiyə Böyük Millət Məclisi təsdiq etdikdən sonra qüvvəyə minəcək. Məşhurlarla yanaşı məhsul reklam etdirən şirkətlər də vergi ödəməyə məcbur olacaq.

Azərbaycanda da sosial şəbəkələrdə edilən paylaşımlardan pul qazanan məşhurlar çoxdur. Onlardan bəziləri barter yolu ilə reklam-paylaşımları etsə də, əksəriyyəti reklamları pul qarşılığında edir.

Bəs, Türkiyədə gündəmdə olan sözügedən qanun Azərbaycanda da qüvvəyə minə bilərmi?

Musavat.com məsələ ilə bağlı Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov ilə əlaqə saxlayıb. Ş.Məmmədli bildirib ki, Azərbaycanda sözügedən qanunun qəbulu gündəmdə deyil: "Hazırda mövcud qanunvericiliyə görə, fərdi sahibkar kimi fəaliyyət göstərən bütün müğənnilər vergi orqanında qeydiyyata alınmaqla əldə etdiyi gəlirdən seçdiyi vergitutma metodundan asılı olaraq (sadələşdirilmiş vergi və ya gəlir vergisi) Vergi Məcəlləsi ilə müəyyən olunmuş müvafiq vergiləri hesablayıb, dövlət büdcəsinə ödəməlidir. Bu gəlirlərə istər müğənnilik fəaliyyətindən, istərsə də müxtəlif reklamlarda çəkilməklə əldə olunan qonorarlardan əldə olunan gəlirlər aiddir. Yəni, müğənnilər gəlirlərini tam şəkildə bəyan etməli və vergilərini ödəməlidirlər. Türkiyədə belə bir qanunun qəbulu barədə mətbuatda məlumatlar yer alıb. Hazırda bununla bağlı Azərbaycanda xüsusi qanunun qəbulu gündəmdə deyil və müzakirə olunmur. Mövcud qanunvericilik gəlirlərin bəyan edilməsini və vergiyə cəlb edilməsini tənzimləyir. Lakin onun sosial şəbəkələrlə bağlı müddəalarının təkmilləşdirilməsi məsələsi gələcək müzakirələrin mövzusu ola bilər".

Tarix
2016.08.07 / 17:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla