Yuxarı

Azərbaycanda məşğul əhalinin sayı nə qədərdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda məşğul əhalinin sayı nə qədərdir?

2025-ci il dekabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 383.2 min nəfər olub. Onlardan 5 milyon 104.5 min nəfəri məşğul əhalini təşkil edib.

Axar.az DSK-ya istinadən xəbər verir ki, cari ilin noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 782.4 min nəfər olub. Bu göstəricinin 865.7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 916.7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışanların payına düşüb.

Muzdla işləyənlərin 31 min nəfəri neft-qaz sektorunda, 1 milyon 751.4 min nəfəri isə qeyri-neft-qaz sektorunda fəaliyyət göstərib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23.1 faizi məhsul istehsalı sahələrində məşğul olub. Onların 7.9 faizi emal sənayesində, 6.7 faizi tikintidə, 2.7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 2.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 1.8 faizi mədənçıxarma sənayesində, 1.6 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində çalışıb.

Xidmət sahəsində məşğul olanların 18.8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18.1 faizi təhsil, 8.6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat sahələrində çalışıb. Eyni zamanda, xidmət sahəsində işləyənlərin 4.5 faizi nəqliyyat və anbar təsərrüfatında, 4 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3.8 faizi inzibati və yardımçı xidmətlərdə, 3.6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşədə, 2.9 faizi istirahət, əyləncə və incəsənət sahəsində işləyib.

Bundan əlavə, muzdla çalışanların 2.3 faizi maliyyə və sığorta, 1.9 faizi informasiya və rabitə, 1.1 faizi digər xidmət sahələrində, 1 faizi isə daşınmaz əmlakla əlaqədar əməliyyatlarda fəaliyyət göstərib.

Tarix
2025.12.13 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla