Yuxarı

Rusiya öz adamını Azərbaycan diasporuna rəhbər gətirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya öz adamını Azərbaycan diasporuna rəhbər gətirir

Rusiyada Ural bölgəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı ətrafında baş verən proseslər yeni mərhələyə qədəm qoyub.

Axar.az modern.az-a istinadən xəbər verir ki, Yekaterinburqdakı məscidlərdə inanclılara vərəqələr paylanaraq “Ural azərbaycanlı icmasının rəhbəri” vəzifəsinə yeni namizədin irəli sürüldüyü bildirilir.

Bu proseslər iyun ayında Rusiya İstintaq Komitəsinin “etnik cinayətkar qrup” işi üzrə cinayət işi açmasından sonra sürətlənib.

Həmin iş çərçivəsində uzun illər Uraldakı Azərbaycan icmasına rəhbərlik etmiş Şahin Şıxlinski saxlanılıb və ona bir neçə qətl, həmçinin digər şəxslərə qarşı sui-qəsd təşkil etmək ittihamı irəli sürülüb. Hazırda məhkəmə prosesi davam edir. Yeri gəlmişkən bir neçə gün öncə məlum olub ki, Şıxlinski barədə cinayət işi üzrə ifadələri Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməni əsilli A.S.Karapetyan alıb. Maraqlıdır ki, 2025-ci il iyulun 1-də baş vermiş hadisə zamanı Şıxlinskiyə qarşı ifadə verən də Daxili İşlər Nazirliyinin başqa bir erməni əsilli əməkdaşı Karen Kamoyeviç Tutuncyandır.

Şıxlinskini diaspor lideri kimi əvəz etdiyi bildirilən Vidadi Mustafayev də həbs edilib. O, külli miqdarda dələduzluqda ittiham olunur və məhkəmə onun barəsində yanvarın 31-dək həbs qətimkan tədbiri seçib.

Mediada yer alan məlumatlara görə, bu proseslərin fonunda Uraldakı Azərbaycan diasporuna rəhbərlik etmək istəyən yeni namizəd ortaya çıxıb. “Kommersant” və “SP” nəşrlərinin yazdığına görə, həmin namizəd Kərim Qasımovdur. Onun 69 yaşı var, əslən Azərbaycanın Masallı rayonundandır və 1976-cı ildən Rusiyada yaşayır.

Kərim Qasımov Rusiya Daxili İşlər Nazirliyində çalışıb, istefada olan polis polkovnikidir və beş övladı var. Bildirilir ki, o, 2014-cü ildən “14 müqəddəs məscid” adlı müsəlman dini qurumuna rəhbərlik edir.

Məlumata görə, Kərim Qasımovun namizədliyi yaxın vaxtlarda keçirilməsi gözlənilən qurultayda müzakirə olunacaq. O, yerli mətbuata müsahibəsində qurultayın vaxtı ilə bağlı danışıqların davam etdiyini, tədbirin gələn ilin yanvarın 5-də keçirilə biləcəyini bildirib. Qasımovun sözlərinə görə, Ural Federal Dairəsi üçün “Azərbaycan-Ural” regionlararası ictimai təşkilatının nizamnaməsi hazırlanır.

Kərim Qasımov çıxışlarında seçki platformasının əsas xəttinin azərbaycanlıların birliyi və Rusiya ilə dostluq münasibətlərinin qorunması olduğunu bildirib. O, həmçinin əvvəlki rəhbərliyin legitimliyini sual altına alaraq, diasporun fərqli istiqamətdə fəaliyyət göstərəcəyini vurğulayıb. Qasımovun sözlərinə görə, məqsəd sülh, dostluq, firavanlıq və birlik prinsiplərinə əsaslanan fəaliyyət qurmaq, eyni zamanda gələcək üçün gənc liderlər yetişdirməkdir. O, hazırda seçkilərdə rəqibinin olmadığını da qeyd edib.

Müşahidəçilər bildirirlər ki, keçmiş hüquq-mühafizə orqanı əməkdaşı olan Kərim Qasımovun Sverdlovsk vilayətinin güc strukturlarının dəstəyini aldığı ehtimal olunur və onun namizədliyi Rusiyada Azərbaycan diaspor təşkilatının rəhbərliyində yeni xəttin formalaşması kimi qiymətləndirilir.

Tarix
2025.12.14 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla