Yuxarı

Bakıda toy karvanında ağır qəza... - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda toy karvanında ağır qəza... - Anbaan video

Toy karvanlarında hərəkət edən bəzi sürücülər təkcə yollarda süni sıxlıq yaratmırlar, onlar həm də qəzaların baş verməsinə səbəb olurlar. Ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınan bu qəza real mənzərəni əks etdirir.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müraciətində bildirilib.

Müraciətdə bildirilib ki, toy karvanlarında olan bəzi sürücülər nəqliyyatın hərəkəti zamanı qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolağını tutur, manevretmə qaydalarını pozur və yollarda süni sıxlıq yaradırlar:

"Eyni zamanda, bəy-gəlin maşınını müşayiət edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar".

"NİİM toy karvanlarında iştirak edən sürücülərin diqqətinə çatdırır ki, onlar qaydalara məsuliyyətlə yanaşmalı və bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etməlidirlər", - müraciətdə qeyd edilib.

Tarix
2025.12.15 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla