Yuxarı

“Kristal” “Prysmian Group” şirkəti ilə əməkdaşlığı genişləndirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kristal” “Prysmian Group” şirkəti ilə əməkdaşlığı genişləndirir

“Kristal” şirkəti ilə kabel sistemləri sənayesində qlobal liderlərdən biri olan İtaliya brendi “Prysmian Group” arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum “Prysmian Group”un Rusiya və MEART regionu üzrə Baş Kommersiya Direktoru Murat Tezcan və “Kristal” şirkətinin Müşahidə Şurasının sədri Mahayət Nəbiyev tərəfindən imzalanıb.

İmzalanmış memorandum tərəflər arasında indiyədək mövcud olan uğurlu əməkdaşlığın davamı olmaqla yanaşı, davam edən layihələrlə bərabər, gələcək illəri əhatə edən fəaliyyət planını da özündə əks etdirir. Razılaşma çərçivəsində “Kristal”ın həyata keçirdiyi “City Garden Narimanov“, “Park Yasamal“, “Highland Residence“, və “Biləcəri“ layihələrində “Prysmian Group” istehsalı olan yanmayan kabellərdən istifadə olunacaq. Sözügedən məhsullar mənzil daxili elektrik xətlərinin çəkilişi mərhələsində tətbiq olunacaq.

Qeyd edək ki, “Prysmian Group” kabel sistemləri sahəsində dünyanın aparıcı brendlərindən biridir və yüksək texnologiyalı, təhlükəsizlik standartlarına cavab verən məhsulları ilə tanınır. Şirkət tərəfindən istehsal olunan yanmayan kabellər yanma zamanı tüstü buraxmır, bu isə yaşayış binalarında təhlükəsizlik səviyyəsini əhəmiyyətli dərəcədə artırır.

Memorandum hər iki şirkət üçün strateji əhəmiyyət daşıyır və gələcəkdə əməkdaşlığın daha genişmiqyaslı layihələr üzrə davam etdirilməsi üçün möhkəm zəmin yaradır.

Ətraflı: *1544

kristal.az

Tarix
2025.12.25 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldıacaqdı

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla