Yuxarı

“Azercell” sosial təşəbbüsə start verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell” sosial təşəbbüsə start verdi

Lider mobil operator “Azercell” cəmiyyətin ən həssas təbəqələrindən olan uşaqların inkişafına töhfə vermək məqsədilə “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” adlı yeni sosial təşəbbüsə başlayıb.

Proqramın əsas məqsədi xüsusi qayğı və dəstək mühitində böyüyən uşaqların sosial bacarıqlarının inkişafına dəstək göstərmək və onların cəmiyyətə daha asan inteqrasiyasına şərait yaratmaqdır.

Layihənin icrasına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq Evi sosial xidmət müəssisəsində başlanılıb. Proqram çərçivəsində artıq iki təlim və maarifləndirici sessiya təşkil olunub. Bu sessiyalar uşaqların hərtərəfli inkişafını hədəfləyərək sosial bacarıqların formalaşdırılması, özünüifadə, yaradıcı düşüncənin təşviqi, həyat tərzi vərdişlərinin aşılanması, həmçinin rəqəmsal savadlılıq və təhlükəsizlik mövzularını əhatə edir.

Təlimlər Çikaqo Universitetinin layihə koordinatoru, gənclərin inkişafı üzrə təlimçi Gülsüm Məmmədova, eləcə də “Azercell”in müvafiq sahə üzrə ekspertləri tərəfindən həyata keçirilib.

Qeyd edək ki, “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünün mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Tarix
2025.12.25 / 17:47
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldıacaqdı

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla