Yuxarı

Qazaxıstan təyyarə qəzası ilə bağlı məlumat dərc etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan təyyarə qəzası ilə bağlı məlumat dərc etdi

“Embraer 190" tipli Azərbaycan Hava Yolları aviaşirkətinə məxsus, Bakı–Qroznı reysini yerinə yetirən və Aktau yaxınlığında qəzaya uğrayan hava gəmisinin aviaqəzasının səbəblərinin araşdırılmasının yekun başaçatma müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin tamamlanma vaxtından asılıdır.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir.

"ICAO-nun 13 saylı Əlavəsinin müddəalarına uyğun olaraq, aviasiya hadisəsinin araşdırılmasının yeganə məqsədi gələcəkdə oxşar halların qarşısını almaqdır", – açıqlamada bildirilir.

Qurum qeyd edir ki, Nəqliyyat Nazirliyinin yaratdığı Aviasiya Hadisələrinin Araşdırılması Komissiyasının apardığı araşdırma ilə yanaşı, Qazaxıstan hüquq-mühafizə orqanlarında cinayət işi üzrə istintaq da aparılır:

"Aviasiya hadisəsinin araşdırılmasının yekun başaçatma müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin tamamlanma vaxtından asılıdır. Hadisənin səbəbləri və ya ona təsir edən amillər, eləcə də uçuşların təhlükəsizliyi ilə bağlı tövsiyələr yekun hesabatda əks olunacaq".

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yollarına (AZAL) məxsus "Embraer 190" tipli təyyarə Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərindən 3 km məsafədə qəzaya uğrayıb.

İlkin istintaq məlumatlarına görə, Qroznıya yaxınlaşarkən təyyarə Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb. Bundan əlavə, Rusiya tərəfinin radioelektron mübarizə vasitələrindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Bu səbəbdən hava gəmisinin bortu Rusiyanın hava məkanında radarlardan itib.

Təyyarədə ümumilikdə 67 nəfər - 42 nəfər Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16 nəfər Rusiya, 6 nəfər Qazaxıstan, 3 nəfər isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Aviaqəza zamanı hava gəmisinin komandiri İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva həyatını itirib.

Tarix
2025.12.25 / 19:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla