Yuxarı

Aktau qəzası: Adı ölənlərin siyahısında idi, ancaq... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktau qəzası: Adı ölənlərin siyahısında idi, ancaq... - Video

2024-cü ilin dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan və bir ay komada qalan Hafisət Çitiyeva faciənin dəhşətləri barədə danışıb.

Axar.az xəbər verir ki, o, dekabrın 25-də həyat yoldaşının yanına getmək üçün təyyarəyə mindiyini bildirib:

“Təyyarəyə yoldaşımın iki bibisi ilə birlikdə minmişdim. Hadisə baş verəndə panika yaranmışdı, hamı qışqırırdı. Hər şey yadımdan çıxıb. Hökumənin “hər şey yaxşı olacaq” deməsi yadıma düşür. Qəza nəticəsində belim, sol çiynim, qabırğalarım, döş qəfəsim və ayağım qırılmışdı. Belimdə implant var. Sol çiynimə görə hələ də müalicə almalıyam. Ayılanda soruşurdum ki, niyə bu vəziyyətdəyəm, heç nə başa düşmürdüm. Hələ də qorxuram, axşamlar rahat yata bilmirəm. Qəza ilə bağlı çox videoya baxmışam. Ölən insanların siyahısında mənim də adım var idi”.

Hafisət Çitiyevanın atası Hüseyn Çitiyev bildirib ki, qəzadan sonra Aktauya gedib:

“Orada həkimlərdən soruşdum ki, vəziyyəti necədir qızımın, yaşaya bilərmi? Dedilər şükür, ölən yerdə Allah onu sizə qaytarıb. Bildirdilər ki, ilk dəfə görüblər ki, 35 dəqiqə ürəyi dayanmış birini geri qaytarmaq olsun. Bunu möcüzə adlandırdılar”.

Daha ətraflı Baku TV-nin süjetində:

Tarix
2025.12.25 / 23:51
Müəllif
Axar.az
Digər xəbərlər

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldılacaqdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla