Yuxarı

Xankəndi Yeni ilə hazırdır, atəşfəşanlıq olacaq - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndi Yeni ilə hazırdır, atəşfəşanlıq olacaq - Foto

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-də Xankəndində fəaliyyətə başlayacaq yarmarkaların təşkili ilə bağlı bütün hazırlıq işləri artıq başa çatdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, yarmarkanın keçiriləcəyi meydan Yeni İl münasibətilə xüsusi işıqlandırmalarla bəzədilib, ərazi rəngarəng dekorasiyalarla bayram ab-havasına bürünüb.

Məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca ikinci dəfə keçiriləcək "Qış nağılı" adlı yarmarka şəhərin Zəfər meydanında təşkil edilib.

Yarmarka yanvarın 5-dək davam edəcək.

Eyni zamanda, dekabrın 27-də Xankəndi şəhərində Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə "Kənddən şəhərə" Yeni İl yarmarkası da olacaq. Yarmarkada iştirak edən fermerlər təsərrüfatlarının təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını satışa çıxaracaqlar. Dekabrın 29-da isə Xankəndidə şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə geniş bayram proqramı, dekabrın 31-də atəşfəşanlıq olacaq.

Tarix
2025.12.26 / 10:29
Müəllif
Axar.az
Digər xəbərlər

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldılacaqdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla