Yuxarı

Onlar ixtisasının adını düzgün ifadə edə bilmir - Agentlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar ixtisasının adını düzgün ifadə edə bilmir - Agentlik

Attestatla ali təhsil müəssisəsinə qəbul olan, heç bir qiymətləndirmə mərhələsindən keçməyən şəxslərin sonrakı təhsil və peşə taleyi əksər hallarda mənfi olur.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən bfirinqdə deyib.

O bildirib ki, bu şəxslər arasında uğursuzluq faizi kifayət qədər yüksəkdir:

“Onların bir qismi nə təhsil aldığı ali məktəbin tədris dili, nə də ixtisasının tam adını düzgün şəkildə ifadə edə bilir. Türkiyədə, eləcə də ona yaxın coğrafiyada – Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrdə attestatla qəbul həyata keçirən ali təhsil müəssisələri mövcuddur. Bu, mərkəzləşdirilmiş imtahanlarda uğur qazanmayan vətəndaşlarımız üçün müəyyən imkanlar yaradır. Lakin biz bu diplomların hamısını birmənalı şəkildə tanınır və ya tanınmır deyə qiymətləndirə bilmərik”.

Sədr qeyd edib ki, qanunvericilikdə attestatla qəbul olunan şəxsin diplomunun tanınmaması ilə bağlı konkret bir müddəa yoxdur:

“Burada əsas və birinci şərt qəbul olunan ali təhsil müəssisəsinin akkreditasiyadan keçmiş olmasıdır. Yəni ilkin olaraq universitetin rəsmi akkreditasiyası olmalıdır. Hətta ABŞ-da belə ali təhsil anlayışına daxil olmayan, lakin fəaliyyət göstərən qurumlar mövcuddur. Bu qurumların adlarında “ali təhsil” ifadəsi yer almır və akkreditasiyadan keçmək məcburiyyətində deyillər. Təəssüf ki, bəzi ölkələrdə, xüsusilə də inkişaf etmiş dövlətlərdə belə, tərəfdaşlıq adı altında vətəndaşları aldadan qurumlara rast gəlinir. Bu qurumlar əslində universitet statusuna malik deyillər”.

Tarix
2025.12.26 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldılacaqdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla