Yuxarı

Bu müsabiqənin qalibləri mükafatlandırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu müsabiqənin qalibləri mükafatlandırıldı - Video

Dekabrın 26-da Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” XIII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyinə həsr olunmuş mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Fövqəladə Hallar, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin məsul şəxsləri, müsabiqənin Təşkilat Komitəsinin üzvləri, qaliblər, valideynlər və FHN yanında İctimai şuranın üzvləri iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.

Əvvəlcə, tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra “Fövqəladə hallar uşaqların gözü ilə” XIII Respublika uşaq yaradıcılıq müsabiqəsinin seçilmiş işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sərgi ilə tanışlıqdan sonra mükafatların təqdimetmə mərasimi keçirilib.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Sonra məktəblilərin təqdimatında milli vətənpərvərlik ruhunda bədii hissə təqdim edilib.

Daha sonra qaliblərə fəxri fərman və qiymətli hədiyyələr verilib.

Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdikləri yaradıcılıq müsabiqəsinə oktyabr ayında start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat Komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 350 rəsm, 198 plakat, 205 əl işi, 165 yanğın və qəza-xilasetmə texnikasının modeli və 98 yumşaq oyuncaq təqdim olunub. Qaliblərdən 30 nəfər 1-ci, 31 nəfər 2-ci, 53 nəfər 3-cü yerə, 94 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Tarix
2025.12.26 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

907-ci düzəlişin tam ləğv edilməsi... - Bayramov

Azərbaycan bu ölkəyə 75 milyonluq yardım edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla