Yuxarı

Tanınmış professorun obyektinin reklamı söküldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış professorun obyektinin reklamı söküldü - Foto

Təəsüflə qeyd etməliyəm ki, Azərbaycan Dövlət Reklam Agentliyi kobud şəkildə qanunu pozduğu kimi, korrupsiya hallarına da yol verir. 19 dekabr tarixində eyni gün sərəncam çıxarmaqla, Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən bir xeyli obyektin, o cümlədən mülkiyyətimdə olan obyektin (ofisin) də reklamını söküblər (bu gün xəbərim olub), amma sol tərəfdə yerləşən dönər salonun eyni tərzdə olan reklamını sökməyiblər.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor, vəkil Fərhad Mehdiyev qeyd edib.

O bildirib ki, ilin əvvəlində reklamları dəyişdiriblər və belə bir tələb irəli sürüblər ki, reklam ancaq ağ və qara rəngdən ibarət olmalıdır:

“İndiki tələbləri isə belədir ki, reklam ancaq ayrı-ayrı hərflərdən ibarət olan hərf yığımı şəklində olmalıdır. Məsələn, bizim ofisdəki reklam lövhəsi onların göstərişinə uyğun yığılmışdı (ağ-qara), indi də fikirlərini dəyişiblər, amma zərər sahibkarın belində qalır.

Ondan əvvəl də ölçüsü 1 kv.m-dan az olan reklamlara görə xəbərdarlıq göndərirdilər ki, icazə alın, halbuki ehtiyac yoxdur.

Heç bir qanun və hüquqi-normativ akt onlara bu cür səlahiyyət verməyib. Ya buyursunlar icazə verilən reklama dair göstəriciləri elan etsinlər, ya da sahibkarkara qanuni istinadı olmayan tələblər irəli sürməsinlər. Bunlar özünü "dövlət içində dövlət" kimi aparırlar”.

Professor bildirib ki, qanunsuzluqla bağlı Bakı İnzibati Məhkəməsinə şikayət verəcək.

Tarix
2025.12.27 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla