Yuxarı

Sevinc Osmanqızının məhkəməsi başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sevinc Osmanqızının məhkəməsi başlayır

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov, Beydulla Manafovun məhkəməsi başlayır.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən proseslərdə araşdırılacaq. Məhkəmənin ilk hazırlıq iclası dekabrın 30-na təyin edilib.

Qeyd edək ki, Sevinc Osman qızı Mirzəyeva barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək Sevinc Mirzəyeva barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Həmin qərara əsasən, "YouTube" internet portalında istifadəsində olan "Sevinc Osmanqızı TV" adlı kanalında 17 fevral 2019-cu il, 17 oktyabr 2019-cu il və 25 iyul 2020-ci il tarixlərdə yayımladığı videomüraciətlərində insanların iradəsinə təsir edib, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan iğtişaşlara açıq çağırışlar etməsinə, həmçinin bu cür məzmunlu videomaterialları qeyri məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsilə yayılmasına, habelə Beydulla Ənvər oğlu Manafov və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 2 sentyabr 2023-cü il və 13 yanvar 2024-cü il tarixlərdə dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir olduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan iğtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan videomaterialları idarə etdiyi kanalda qeyri-məhdud şəxslərin baxa biləcəyi internet resursları vasitəsilə təkrarən yaymasına, eləcə də, Abid Abdin oğlu Qafarov və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 26 iyun 2024-cü il və 9 dekabr 2024-cü il tarixlərdə dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir olduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan iğtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan videomaterialları idarə etdiyi kanalda qeyri-məhdud şəxslərin baxa biləcəyi internet resursları vasitəsilə təkrarən yaymasına əsalı şübhələr müəyyən edilib.

Xaricdə yaşayan ictimai fəal Abid Qafarov barəsində Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Tarix
2025.12.29 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla